Hazırda ən şiddətli döyüşlər Luqansk və Xarkov vilayətlərinin şimalında aparılır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
O bildirib ki, bu gün aktiv döyüş əməliyyatları zonası Xarkov vilayətinin şimalında başlayır və Dnepr çayının sol sahilində Vasilyevka kəndi yaxınlığında bitir:
“Ən şiddətli döyüşlər Luqansk və Xarkov vilayətlərinin şimalında aparılır. Təkcə son sutka ərzində düşmən 45 min sursatdan istifadə etməklə bu əraziyə 270 artilleriya atışı həyata keçirib, 2 raket və 32 hava zərbəsi endirib. Vəziyyət çox çətin, lakin idarəolunandır”, – o bildirib.