Ukraynanın böyük hücumu başladı: müdafiə xətti yarıldı

Ukraynanın böyük hücumu başladı: müdafiə xətti yarıldı

Döyüş meydanındakı iki aylıq ləng irəliləyişdən sonra Ukrayna minlərlə əlavə qoşun cəlb etməklə cənub istiqamətində əks-hücumun sürətini artırmağa başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Ukrayna hərbçiləri cənubda hücum zamanı bir neçə gün ərzində əhəmiyyətli uğurlar əldə ediblər. Hətta ukraynalılar rusların kritik müdafiə sədlərinə yaxınlaşa biliblər.

Kanalın jurnalistləri bildiriblər ki, ukraynalılar Zaporojye vilayətində rusların inşa etdiyi “əjdaha dişləri”nə də yaxınlaşıblar.

ABŞ-dan olan iki məmur kanala bildirib ki, Kiyev rusların müdafiədəki zəif yerlərini tapıb və buna görə də ölkənin cənub-şərqinə əlavə qüvvələr yeridib. Qeyd edilib ki, Ukrayna ordusu daha güclü Qərb silahları ilə təchiz edilmiş çoxlu qoşun saxlayıb və indi həmin qüvvələri əks-hücum əməliyyatına yönəldib:

“Görünür, bu səylər müəyyən nəticələr verməyə başlayıb. Əks-hücum Rusiyanın cənub-şərqindəki müdafiə xətlərinin bəzi elementlərini yarmışdı və indi ehtiyat qüvvələr fürsətdən istifadə etmək üçün içəri daxil ola biliblər. Rusiyalı məmurlardan biri də etiraf edib ki, Ukrayna qüvvələri Zaporojye cəbhəsində Rusiyanın birinci müdafiə xəttinin üç hissəsinə nüfuz edə biliblər”.

Qeyd edək ki, ötən gün Teleqram kanalları Ukrayna ordusunun Zaporojye istiqamətində Rusiyanın “Surovikin xətti” deyilən müdafiə səddinə yaxınlaşdığı və onu yarmaq üzrə olduğu haqda video paylaşmışdı.

Teqlər: