Ukraynanın bəzi şəhərlərində humanitar vəziyyət çox ağırdır.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə Ukraynanın
Azərbaycandakı səfiri Vladislav Kanevski deyib
“Hazırda ən ağır humanitar fəlakətin müşahidə olunduğu yerlər
Mariupol, İzyum, Volnovaxa şəhərləridir. Bu şəhərlərdə minlərlə
vətəndaşımızı faktiki olaraq girov vəziyyətindədirlər. Biz
dünyanın, o cümlədən Azərbaycanın Ukraynaya nə qədər yardım
etdiyini görürük. Həmin bölgələrdən çıxa bilən insanlar buradan
gələn humanitar yardımdan istifadə edirlər. Amma o şəhərlərdə qalan
insanlar isə bütün bu yardımdan, yeməkdən, dərmandan məhrumdurlar.
Bu şəhərlərdə dinc əhalinin sayı barədə məlumatımız yoxdur”, –
səfir deyib.
Diplomat bildirib ki, anasının yaşadığı ev tamamilə dağılıb.
“O, sadəcə bomba sığınacağında olduğuna görə sağ qala bilib.
Onun olduğu şəhərdə 3 dəfə humanitar dəhliz elan edilib, dinc
sakinlərə isə 3 dəfə atəş açılıb”, – V.Kanevski əlavə edib.