Ukraynanın münaqişə bitdikdən sonra bərpası üçün 453 milyard avro lazımdır.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında qeyd olunub.
Məlumata görə, qiymətləndirimə Dünya Bankı, Avropa Komissiyası və BMT tərəfindən aparılıb.
Sənəddə bildirilib ki, bir il əvvəl ekspertlər yenidənqurmanın məbləğini 383 milyard avro hesablamışdılar.