Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Məlumata görə, daha 108 nəfər yaralanıb.
Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib.