Ukraynanın Baxmut şəhəri demək olar ki, yer üzündən silinib.
AzerTimes xəbər verir ki, bu barədə “Sunday Tayms” məlumat verib.
“9 aylıq döyüşlər nəticəsində Baxmut tamamilə dağılıb. Əhalisinin 90 faizi – 70 min insan isə şəhərdən çıxıb. Ukrayna ordusu bu şəhərdə hər gün 100-200 nəfər itki verir”, – nəşr bildirib.