Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Kiyevdəki pilotsuz uçan aparatlarının idarəetmə mərkəzinə zərbələr Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə hücuma cavabdır.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, səhər saat 04:00 və 05:30-da Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələri mərkəzə iki zərbə endirib:
“Qudermesə uçan pilotsuz təyyarə məhz bu binadan idarə olunub”.
O bildirib ki, zərbələr nəticəsində ölən və yaralananlar olub:
“Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin məlumatına görə, ələ keçirilən radio rabitələrində ukraynalılar doqquz hərbçinin ölməsi və daha 17 nəfərin yaralanması barədə məlumat veriblər”.
Qeyd edək ki, ötən gün Çeçenistanın Qudermes şəhərindəki binaya PUA hücumu edilib.