Ukraynanın Azərbaycandakı Səfirliyi humanitar yardım üçün təşəkkür edib

Ukraynanın Azərbaycandakı Səfirliyi növbəti humanitar yardım
üçün Azərbaycana təşəkkür edib.

AzerTimes xəbər verir ki, bu
barədə Səfirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.

“Azərbaycan Rusiyanın hücumundan sonra Ukraynaya 1000 tondan çox
mühüm humanitar yardım çatdırıb! Təşəkkürlər, Dostlar!”, –
paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Ukrayna
xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi
sərfiyyat malları və ərzaq məhsullarından ibarət növbəti yardım
yola salınıb.

Ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon
manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları,
eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir.

Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə
Azərbaycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində
Ukraynaya, eləcə də 15 aprel tarixində ukraynalı qaçqınlar üçün
Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona
yaxın humanitar yardım göndərilib.

Beləliklə, Azərbaycan Respublikasının Ukraynadakı böhranla bağlı
göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat
(təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.

Teqlər: