Ukraynanın aqrar siyasət naziri Roman Leşşenko istefa verib.
AzerTimes-ın məlumatına görə, bu barədə məlumatı R.Leşşenko özü
Ukraynanın “Ekonomiçeskaya pravda” nəşrinə təsdiq edib.
İstefanın səbəbləri ilə bağlı hələlik məlumat verilməyib.
Məlumata əsasən, bu barədə o axşam saatlarında öz əməldaşlarına
elan edib.
Ali Radada istefanın leyhinə səsvermədən sonra nazirin
səlahiyyətləri onun birinci müavini Taras Vısotskiyə həvalə
olunacaq.