Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılması proseduruna başlanılıb

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müraciət
ərizəsinə baxılması proseduruna başlanılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Ukraynanın
Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vsevolod
Çentsov bildirib.

“Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı Ukraynanın
Avropa İttifaqına üzvlük ərizəsini Avropa İttifaqı Şurasında
sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip
Leqlis-Kostaya təqdim etdim”, – deyə V.Çentsov qeyd edib.


O əlavə edib ki, ərizə qeydə alınıb.