Ukraynanın Aİ-yə üzvlük müraciəti yaxın günlərdə müzakirə olunacaq – Avropa Şurasının rəhbəri

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Ukraynanın
Avropa İttifaqına üzvlük müraciətinin yaxın günlərdə müzakirə
olunacağını bildirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ş.Mişel öz “Twitter” səhifəsində
yazıb.

Ş.Mişel vurğulayıb ki, həmrəylik, dostluq və Aİ-nin Ukraynaya
misilsiz yardımı “sarsılmazdır”:


“Yaxın günlərdə Ukraynanın üzvlük müraciətini müzakirə
edəcəyik”.