Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizəsi artıq Brüsselə
çatdırılıb və rəsmi qeydiyyata alınıb.
AzerTimes-ın məlumatına görə, bunu Ukraynanın prezidenti Volodimir
Zelenski deyib.
“Daha bir şeyi demək çox vacibdir. Biz bunu 30 ildir gözləyirik.
Bu gün mən Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə
imzaladım. Mübarizədə biz Avropada hamı ilə bir yerdə olmaq
haqqımızı qazandıq. Ərizə artıq Brüsselə çatdırılıb, rəsmi
qeydiyyatdan keçib. Vaxt gəldi”, – deyə V.Zelenski bildirib.