Avropa parlamenti Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması
ilə bağlı müraciətini qəbul edib. Avropa parlamentariləri xüsusl
qəbul prosedurunu işə salıb.
Trend-in
məlumatına görə, bu barədə qərar Avropa parlamentinin iclasında
qəbul edilib.
İclasın əvvəlində videoformatda çıxış edən Ukrayna prezidenti
Volodimir Zelenski Avropa ölkələrini Ukraynanı Aİ-yə qəbul etməyə
çağırıb.
O xatırladıb ki, fevralın 28-də Ukraynın Aİ-yə üzvlüyü ilə bağlı
müraciəti imzalayıb.