Rusiyanın kritik infrastrukturlara zərbələrin sayını artırması təhlükəsi ilə əlaqədar Kiyev ABŞ-dan əlavə hava hücumundan müdafiə sistemləri tələb edib.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat dərc edib.
Ukrayna lideri Zelenski hesab edir ki, döyüş meydanındakı hərbi məğlubiyyətlər Putini qışda mülki hədəflərə zərbələri artırmağa sövq edəcək.
“Ukrayna Rusiyanın əksər hücumlarının qarşısını ala bilib, lakin biz yaxın həftələrdə Ukraynanın kritik infrastrukturuna qarşı Rusiyanın raket zərbələrinin sayının artacağını gözləyə bilərik”, – bu sözləri isə NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussen açıqlamasında deyib.
Rasmussenin sözlərinə görə, Ukraynaya nisbətən tez və çox sayda gətirilə bilən texnikalardan biri Almaniya istehsalı olan “Leopard” tanklarıdır, baxmayaraq ki, Berlin hələ də digər böyük dövlətlərin təmin etdiyi ağır zirehlərin çatışmazlığını əsas gətirərək, onları təmin etməkdən imtina edir.