Avropa Komissiyası martın 12-də Ukraynanın Avropa Birliyinə üzvlük üçün danışıqlar çərçivəsini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bəyanatla çıxış edib.
“Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqlar formatını təsdiqləyib. Müvafiq təkliflər AB Şurasına təqdim edilib”, – deyə Baş nazir bildirib.
Şmıqal qeyd edib ki, Ukrayna danışıqların başlanmasına və Avropa Birliyinin üzvlüyünə bir addım yaxınlaşıb:
“Bu addım Ukraynanın nailiyyətlərinin, bizim transformasiyamızın və Ukraynanın mütləq AB-nin üzvü olacağı faktının sübutudur. Hökumətimizin prioriteti bunun mümkün qədər tez baş verməsinə əmin olmaqdır”.