Ukraynanın 3 dronu Rusiya kəndinə hücum etdi

Ukraynanın 3 dronu Rusiya kəndinə hücum etdi

Ukraynaya məxsus 3 kamikadze dronu Rusiyanın Valuyski rayonunun Dolqoye kəndinə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin rəhbəri Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.

O bildirib ki, partlayışlar nəticəsində xəsarət alan olmayıb, lakin avtomobilə və ekskavatora ziyan dəyib.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, Dolqoye kəndi Ukrayna sərhədindən təxminən 4 km uzaqlıqda yerləşir.

Teqlər: