Ukraynanı zəiflətmək üçün buna davam edəcəyik

Ukraynanı zəiflətmək üçün buna davam edəcəyik

Rusiya Vladimir Zelenski rejiminin hərbi potensialını zəiflətmək üçün Ukrayna infrastrukturuna zərbələr endirməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Qərb ölkələri Ukraynaya silah tədarükünü davam etdirəcəklərini vəd edir. Bu, guya, sülh naminədir. Məsələn, Avropa Birliyi bu tədarükləri maliyyələşdirir. Avropa Sülh Fondu – yəqin ki, öz vergi ödəyicilərini çaşdırmaq istəyir”, – Nebenzya bildirib.

Teqlər: