Ukraynanı tərk edən qaçqınların sayı aprelin 9-na olan məlumata
görə, 4,5 milyon nəfəri keçib.
Trend “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə məlumatı Birləşmiş
Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
yayıb.
Qeyd olunur ki, ölkəni 4 503 954 insan tərk edib.
Onları böyük əksəriyyəti – 2,6 milyon nəfər Polşaya keçib.
Rumıniyaya 686 mindən çox, Macarıstana 419 min, Moldovaya təxminən
411 min, Rusiyaya 404 min, Slovakiyaya 314 min və Belarusiyaya 19
min nəfər gedib.
BMT QAK öz hesabatında yazır ki, Ukraynanın 7,1 milyondan çox
vətəndaşı məcburi köçkün sayılır, yəni onlar ölkədə qalıb, lakin
evlərini tərk etməyə məcbur olublar.