Ukraynadakı vəziyyətlə əlaqədar, həmin ölkəni qonşu ölkərə
keçməklə tərk etmiş Azərbaycan Respublikası vətəndaşları
Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə
Türkiyə Respublikasına gedə bilər.
AzerTimes xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin
yaydığı məlumatda deyilir.
“Diqqət! Ukraynanı quru sərhəddi ilə qonşu ölkələrə keçməklə
tərk etmiş vətəndaşlarımız Rumıniya ilə Bolqarıstan arasındakı
bütün sərhəd-keçid mətəqələri vasitəsilə Bolqarıstan
Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə
keçməklə Azərbaycana səfər edə bilərlər.
Bolqarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarının
Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk etməsini
nəzərə alaraq, onlara münsibətdə ölkə ərazisindən tranzitlə keçmək
üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda,
vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport
və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.
Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar
Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası
vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd
olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını
təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ
nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Yaranmış suallarla bağlı vətəndaşlarımız müvafiq olaraq
aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərlər:
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi:
Telefon: +407 487 77744, +407 409 90079
Elektron poçt: [email protected]
Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi:
Telefon: +359895002732
Elektron poçt: [email protected]
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı (Ankara
şəhəri) Səfirliyi:
Telefon: +905550310007
Elektron poçt: [email protected]
Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş
Konsulluğu
Telefon: +905441040111
Elektron poçt: [email protected]
Bildiyniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən,
vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya,
Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər.
Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti
yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər
etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı
vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi
qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə
və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini
tövsiyə edir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının
Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və
[email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki
fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və
[email protected] elektron poçt ünvanı ilə məlumat əldə
edə bilərlər.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların
diqqətinə təqdim ediləcək.