Ukraynanı tərk edən 1000-dən çox azərbaycanlı səhər saatlarında
Rumıniyaya gəlib.
AzerTimes-ın məlumatına görə,
bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif
Həsənov bildirib.
Onun sözlərinə görə, həmin şəxslər Rumıniya hökuməti tərəfindən
ayrılmış müvəqqəti binalarda yerləşdirilib:
“Vəziyyətlə əlaqadar Rumıniyada hazırda hotellərin hamısı demək
olar ki doludur. Yer tapmaq çətindir. Buna görə idman zalları və bu
kimi müxtəlif obyektlərdə insanları yerləşdirmişik. Onlar yataq və
yeməklə təchiz olunub. Hazırda vətəndaşlarımızı siyahıya alırıq.
Daha sonra avtobus və ya təyyarə ilə vətənə yola salınacaqlar”.
V.Həsənov bildirib ki, Rumıniyada Azərbaycana birbaşa reys
olmadığından uçuş Buxarest-İstanbul-Bakı marşrutu ilə təşkil
olunacaq. Şəxsi avtomobillə olanlar isə
Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan yolu ilə vətənə
qayıdacaqlar:
“Eyni zamanda Türk Hava Yolları ilə də 45-ə yaxın vətəndaşımız
təxliyə olunub”.