Avropa Birliyi və NATO Ukraynanı tək qoya bilməz.
AzerTimes xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç deyib.
“Ukrayna uğur qazanarsa, Avropada sülhü qorumaq bizim üçün daha asan olacaq. Amma Ukraynanı tək qoysaq, Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxmasına da imkan verəcəyik. Əgər biz Rusiyanı Ukraynada dayandırsaq, o zaman Kreml başqa ölkələrə meydan oxuya bilməyəcək”, – Rinkeviç bildirib.