Rusiya müdaxiləsi başlayan gündən 10 iyun tarixinə kimi 4,8 milyon insan Ukraynanı tərk edib, 2 milyon insan isə qayıdıb.
AzerTimes xəəb verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, savaşın qaynar fazası tez bitərsə, o zaman cəmi 500-600 min insan ölkəyə qayıtmayacaq, əks halda ukraynalılar mümkün qədər vətənlərindən uzağa gedəcəklər.
Məlumata görə, kişilərə ölkəni tərk etmək qadağası götürülərsə, Ukraynadan gedənlərin sayı 5 milyona çatacaq.
Qeyd edək ki, bu statistika BMT-nin açıqladığı rəqəmlərdən kəskin fərqlənir. Beynəlxalq təşkilat 6,5 milyon insanın Ukraynanı tərk etdiyini bildirir.