İsrailin Dəmir Qübbə müdafiə sistemi Ukraynada o qədər də effektiv ola bilməz.
AzerTimes xəbər verir ki, bunu israilli hərbi ekspert David Gendelman deyib.
“Özlüyündə Dəmir Qübbə kifayət qədər effektivdir. Lakin Ukraynanın çox böyük ərazisi var. Bu müdafiə sisteminin bir ədədinin radiusu 70 kilometrə qədərdir. Böyük əraziləri əhatə etmək üçün belə komplekslər çox olmalıdır. İsrailin özündə bu gün 10 Dəmir Qübbə xidmətdədir. Beləliklə, sistemin əhəmiyyətli təsir göstərməsi üçün Ukraynada bu komplekslərin sayı İsraildən daha çox olmalıdır”, – o bildirib.
Gendelman qeyd edib ki, İsrail Ukraynaya hərbi yardım göstərmir, çünki onun ölkəsi faktiki olaraq daim müharibə şəraitindədir:
“İsrail daim eskalasiya, davamlı gərginlik prosesindədir. O, daim döyüşür”.