Ukraynanı dəhşətli qış gözləyir.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Zorakılıq, şəhərlərə və mülki infrastruktura raket hücumları artmaqdadır və bu, ukraynalıları istilikdən, işıqdan və yeməkdən məhrum edir. Bu, Ukrayna üçün qışın dəhşətli başlanğıcıdır”, – Stoltenberq bildirib.
Onun sözlərinə görə, Avropa da enerji böhranı və qiymət artımı dövrünü yaşayır.