Taxıl çatışmazlığı səbəbindən fevral ayında Ukraynada qıtlıq başlayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin Yutub kanalında deyib.
Onun fikrincə, sənaye və iqtisadi resursların indiki məhvetmə tempi qorunub saxlanılarsa, payıza qədər Ukraynanın maliyyə-iqtisadi orqanizmi məhv olacaq:
“Ola bilər ki, ərzaq üçün taxıl qalmasın, o, artıq aktiv şəkildə satılır. Təxminən bir-iki ay qalacaq. Fevral ayına qədər ölkədə aclığın olacağını hesablamaq olar”.
Soskinin qeyd etdiyi kimi, iqtisadiyyatın “tam çöküşü” payızda gələcək və onun fikrincə, ərzaq çatışmazlığı vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxaracaq.