Polşa biznesi Ukraynanın bərpasında aktiv iştirak etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.
“Ölkənin bərpasında bizim ikinci plana atılmağımızdan qorxmuram. Mindən çox polşalı şirkət Ukraynaya investisiya yatırmağa hazırdır. Bu, həm də Polşa vətəndaşlarına da aiddir. Ona görə də biz Ukraynanı birlikdə bərpa edə bilərik”, – Moravetski bildirib.