Ukraynanın Avropa İttifaqı statusu ilə bağlı müzakirələr birliyə xələl gətirə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Portuqaliya Baş naziri Antonio Koşta deyib.
Onun fikrincə, Ukraynaya Avropa İttifaqına namizəd statusunun verilməsi ilə bağlı debatlar yanlış gözləntilərə səbəb ola bilər:
“Həmçinin bu, Ukraynanın aktual problemlərini həll etməyəcək. Ölkələr Avropa İttifaqına Ukraynanın üzv olması ilə bağlı hüquqi müzakirələr aparmaq əvəzinə, Ukraynaya dərhal yardım göstərməsinə diqqət ayırmalıdır. Namizəd statusu isə hələ uzun illər çəkəcək prosesdir”.