ABŞ səkkiz ildir ki, Ukrayna ordusunu Rusiyaya zərbə endirmək üçün hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
“Məqsədi Rusiyaya zərər vermək olan Ukrayna ordusu yaratmaq qərarına gəldik, buna səkkiz il sərf etdik, lakin hərəkətlərimizin nəticələrini düşünmədik. Biz yanlış olaraq Rusiyanı yaxşı silahlanmış yanacaqdoldurma məntəqəsi hesab etməyə davam etdik. Bununla belə, biz bunun tam əksini tapdıq”, – deyə o bildirib.
Makqreqor ABŞ-ın dünyanın ən güclü və çoxsaylı hava qüvvələrinə malik olmasına baxmayaraq, Moskvanın hava hücumundan müdafiə qüvvələri ilə birbaşa toqquşmada böyük itkilər verəcəyini proqnozlaşdırıb.