Bütün Ukrayna ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyət tətbiq ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəsmisi Kirilo Timoşenko bildirib.
“Sabah, oktyabrın 20-də bütün Ukraynada elektrik enerjisinin verilməsinə məhdudiyyətlər tətbiq olunacaq”, – Timoşenko Teleqram kanalında yazıb.
Timoşenko sakinləri saat 7.00-dan 23.00-a kimi elektrik enerjisindən istifadəni minimuma endirməyə çağırıb.
Qeyd olunub ki, Ukrayna şəhərlərində küçə işıqlandırmasında da istifadə məhdudlaşdırılacaq.