Ukrayna xalqı çevriliş və Qərbin Ukraynanı Rusiya üçün nasist təhlükəsinə çevirmək əmrinə baxmayaraq, rus xalqı ilə qardaş olaraq qalır.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Xalqın bizim qardaşımız olması faktını təkcə demirik, həm də bilirik. Qərbin çevrilişlə hakimiyyətə gətirdiyi o adamlar isə ölkəni yenidən nasist təhlükəsinə çevirməklə bağlı Qərbin əmrini yerinə yetirirlər”, – Lavrov bildirib.