Ukraynalılar normal ölkə qura bilmədilər – Orban

Ukraynalılar normal ölkə qura bilmədilər – Orban

Ukrayna NATO və Avropa İttifaqına üzv olmaq iqtidarında deyil, çünki bu ölkənin iqtisadi vəziyyəti qeyri-qənaətbəxşdir.

AzerTimes Oxu.Az-a istinadən xəbər verir ki, bunu LCI telekanalına müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Ukrayna hələ münaqişədən əvvəl müflis olmuşdu. 1990-cı illərdə ukraynalılar iqtisadiyyatı normal fəaliyyət göstərən dövlət qura bilmədilər”, – baş nazir bəyan edib.

Orbanın fikrincə, Ukraynanın Aİ-yə daxil olması cəmiyyət üçün böyük problemlərlə nəticələnəcək.

Baş nazir qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması da qəbuledilməzdir.

“Əgər o NATO-ya daxil olarsa, Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibə olacaq. İndi bu birləşmə mümkün deyil, geosiyasi reallıq belədir. Rusiya ilə birbaşa münaqişə bizim maraqlarımıza cavab vermir”, – Orban vurğulayıb.

Teqlər: