Ötən il müharibə başlayandan ukraynalıların Allaha olan inamı xeyli artıb.
AzerTimes xəbər verir ki, bu barədə Razumkov Mərkəzinin aprel-may aylarında keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.
Rəyi soruşulanların 65.1 faizi Allaha inamlarının dəyişmədiyini, 29.1 faizi isə artdığını deyiblər. Yalnız 7 faizi Allah inamlarının olmadığını bildirib.
Ukraynalıların 32.3 faizi “gələcəklə bağlı qeyri-müəyyənliklə mübarizə aparmağa nə kömək edir” sualına “Allah” cavabını verib. 24.6 faiz isə bildirib ki, bu məsələdə Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun proqnozlarına güvənirlər.