“Ukraynalı qəssab” adını almağa iddialı rus generalı

“Ukraynalı qəssab” adını almağa iddialı rus generalı

Rusiya Prezidenti Vladimir Putin bir neçə günə Ukraynanı ələ keçirəcəyinə ümid edirdi. Lakin artıq dörd aydır ki, onun ordusu öz qanında boğulur. Bu itkilər ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin xidmətidir.

AzerTimes xəbər verir ki, bu barədə “FreeDom” layihəsinin süjetində deyilir.

“Aprelin əvvəlindən general Aleksandr Dvornikov Ukraynada Rusiya ordusuna rəhbərlik edirdi. O, Putinin çoxdankı və sadiq dostudur. Hətta Rusiya Qəhrəmanıdır. Kiyev və Çerniqov istiqamətlərində talançılar ordusunun tam uğursuzluğundan sonra qoşunlara komandanlıq etmək ona tapşırılmışdır. Dvornikovu hər kəs “Suriya qəssabı” kimi tanıyırdı və Putin general Dvornikova böyük ümidlər bəsləyirdi. O, Putinə o qədər yaxın idi ki, şəxsi sanksiyalar siyahısına salınmışdı.

Amma bu yaxınlarda məlum oldu ki, Dvornikov Ukraynadakı müharibədən uzaqlaşdırılıb. Və onun yerinə Sergey Surovikin təyin edilib. O, 2017-ci ildən Rusiya Aerokosmik Qüvvələrinə komandanlıq edib, əvvəllər Çeçenistanda və Suriyada döyüşüb. Putin xüsusi əməliyyatın komandanlığını daha döyüşkən və daha gənc generala həvalə edib. Surovikin döyüş taktikasına görə Dvornikovdan çox da fərqlənmir. O, bir neçə dinc Kiyev sakinini və Kremençuq sakinlərini qətlə yetirib. Və deyəsən, o, “Ukraynalı qəssab” titulunu almağa iddialıdır”, – süjetdə deyilir.

Teqlər: