Ukraynalı nazir: Müharibədən bəri ən kütləvi hücum…

Ukraynalı nazir: Müharibədən bəri ən kütləvi hücum…

Rusiya Ukraynanın enerji sistemini müharibə başlayandan bəri ən kütləvi şəkildə atəşə tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko Feysbuk səhifəsində yazıb.

“Bu gün Rusiya yenidən enerji obyektlərinə iri miqyaslı raket hücumları həyata keçirir. Bu, müharibənin əvvəlindən bəri enerji sisteminin ən kütləvi şəkildə atəşə tutulmasıdır”, – nazir bildirib.

Qaluşenkonun sözlərinə görə, bu hücum təkcə Ukraynanın enerji sisteminə deyil, bəzi qonşu ölkələrin enerji sistemlərinə də təsir edə bilər.

Teqlər: