Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Ali Radaya təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Ruslan Stefançuk məlumat verib.
O qeyd edib ki, müraciətə növbəti iclasda baxılacaq.
Nazirin hansı səbəbdən sözügedən addımı atdığı açıqlanmayıb.