Ukrayna Ali Antikorrupsiya Məhkəməsi dövlət torpalarını qanunsuz əldə keçirməkdə təqsirləndirilən aqrar siyasət naziri Nikolay Solski barəsində həbs qətimkan tədbiri seçib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, nazir barəsində zaminə buraxılma ehtimalı ilə iki aylıq həbs qərarı verilib.
Qeyd edək ki, Nikolay Solski Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən korrupsiyada ittiham olunduqdan sonra istefa vermişdi.