Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.
Məlumata görə, meyit Moskva vilayətində tapılıb və keçmiş deputat Ukrayna xüsusi xidmət orqanları tərəfindən odlu silahla öldürülüb.
Qeyd edək ki, ötən il eks-deputat Ukrayna hökuməti tərəfindən axtarışa verilib.