Ukraynalı idmançı Əmir Rza ilə görüşmədi

Ukraynalı idmançı Əmir Rza ilə görüşmədi

Cənubi Afrika Respublikasında (CAR) keçirilən ağır atletika üzrə dünya çempionatının medalların təqdimat mərasimində Ukrayna təmsilçisinin iranlı idmançı Əmir Rza Mesfuruşun əlini sıxmaqdan imtina etməsi müzakirələrə səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə İranın onlarla media orqanında materiallar dərc olunub.

“Şərq” qəzeti Ukrayna Ali Radasında İrana qarşı 50 illik sanksiya layihəsinin təsdiqinə toxunaraq, bunun idmanın siyasiləşməsi ilə nəticələndiyini iddia edib.

Sosial media fəalları və internet istifadəçiləri isə ukraynalı idmançının hərəkətini alqışlayıb, onun əməlinin beynəlxalq ictimaiyyət qarşısında Tehran hökumətinin ifşasına yönəlmiş addım olduğunu bildiriblər.

Qeyd edilib ki, ukraynalı idmançı Tehran hökumətinin Ukraynaya qarşı müharibədə Rusiyaya silah və pilotsuz aparatlar verməsinə etiraz əlaməti olaraq İran təmsilçisi ilə əl sıxışmaqdan imtina edib.

Teqlər: