Xerson vilayətində ukraynalı hərbçi bir neçə tibb işçisi də daxil olmaqla, öz xidmət yoldaşlarını girov götürüb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
“Əlində AK-47 olan hərbçi yoldaşlarının yanına gəlib və onlardan onu həkimə aparmalarını istəyib. Həkimlərin yanına çatanda isə maşından düşərək hamını silahla təhdid edib və başqa maşınla Nikolayev şəhərinə getmələrini tələb edib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, avtomobil yolda dayandırılıb və hərbçi həbs edilib.
Onu 5 ildən 8 ilə kimi həbs cəzası gözləyir.