Ukraynalı generalın oğlu Rusiyada senator təyin olundu

Ukraynalı generalın oğlu Rusiyada senator təyin olundu

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Andrey Derkaçı regional hökumətdən Federasiya Şurasına senator təyin edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Qeyd edək ki, Andrey Derkaç əslən ukraynalıdır. 1967-ci ildə Dnepropetrovskda (indiki Dnepr) anadan olan Derkaç 1998-2023-cü illərdə Ukrayna Ali Radasının keçmiş deputatı olub. Ukraynada Narıncı inqilab və Maydan hərəkatının qızğın tərəfdarı kimi tanılnıb. Rusiyaya işləməkdə ittiham olunan Derkaç hazırda Həştərxanda yaşayır və Rusiya vətəndaşıdır.

Məlumata görə, atası, general Leonid Derkaç Ukrayna Təhlükəsizlik Xidmətinin kieçmiş rəhbəri olub.

Teqlər: