Ruslar xüsusi əməliyyat zonasında güclü istehkamlar tikib və onların öhdəsindən gəlmək mümkün olmayıb.
AzerTimes xəbər verir ki, bunu ukraynalı general-mayor Sergey Krivonos deyib.
“Ərazinin istehkamlarla düzgün təchiz edilməsinin Zaporojye istiqamətində Rusiya istehkam sahələrinin nümunəsində nəyə nail ola biləcəyini görürük”, – o bildirib.
General xatırladıb ki, bu müdafiə xətti düzgün tərtib olunduğu üçün Ukrayna Silahlı Qüvvələri təxminən altı aya yaxındır onun öhdəsindən gələ bilmir.
O qeyd edib ki, Kiyev rəhbərliyi rusiyalı hərbi mütəxəssislərdən öyrənməlidir: “Burda heç bir qəbahət yoxdur”.