Ukrayna ordusunun Quru Qoşunlarının Təlim Komandanlığının komandanı, general-mayor Viktor Nikolyuk vəzifəsindən istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə Nikolyuk özünün Feysbuk səhifəsində yazıb.
General bildirib ki, birləşmə və ya cəbhələrdən birinə rəhbərlik etməyi planlaşdırır:
“İndiki dövr hər bir ukraynalıdan, xüsusən də hərbçidən düşmənini məğlub etmək üçün maksimum və daha çox səy göstərməyi tələb edir”.