Fevral-mart aylarında Rusiya bütün ehtiyatları işə saldıqda cəbhədə vəziyyətin kəskinləşəcək.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.
“Bu müddət ərzində Rusiya cəbhəyə texnika, silahlar gətirəcək, yeni raket və artilleriya sistemləri istehsal edəcək. Bütün bunlar üçün işğalçılara təxminən iki-üç ay vaxt lazım olacaq. Qışın sonu yazın əvvəlində təhlükə daha da güclənə bilər. Ancaq düşünürəm ki, bu müddət ərzində Ukrayna qışa baxmayaraq, şərqdə aktiv hücuma keçməlidir”, – Malomuj bildirib.