Ukraynalı general Baxmuta gəldi

Ukraynalı general Baxmuta gəldi

Ukraynanın Şərq Qüvvələr Qrupunun komandanı general-polkovnik Aleksandr Sırski bir həftə ərzində ikinci dəfə cəbhənin ən qaynar nöqtəsinə – Baxmut şəhərinə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, general-polkovnik əlavə hərbi qüvvələrin cəmləşdiyi cəbhəyə gəlib:

“O, Baxmutda vəziyyətlə bağlı məruzələri dinləyib, cəbhə xəttində bölmələrimizin müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı problemli məsələlərlə tanış olub”.

Teqlər: