Ukraynalı əsirlər Donetskdə vuruldu: 40 ölü

Ukraynalı əsirlər Donetskdə vuruldu: 40 ölü

Donetsk vilayətinin Yelenovski düşərgəsində saxlanılan 40 ukraynalı əsir ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Donetsk separatçıları məlumat yayıb.

Separatçıların məlumatına görə, daha 130 nəfər isə yaralanıb. Bildirilir ki, ölənlər arasında əsir azovçular da var.

Rusiya tərəfi əsirlərin ölümündə Ukrayna ordusunu günahlandırır. Onların iddiasına görə, Ukrayna ordusu düşərgəni HİMARS sistemləri ilə vurub.

Rusiyanın “Komsomolskaya pravda” qəzetinin jurnalisti Aleksandr Kots bildirib ki, Ukrayna əsirlərin olduğu ərazini qəsdən vurub.

Vurulan ərazi ilə bağlı Rusiya tərəfi hələlik heç bir görüntü təqdim etməyib.

Teqlər: