Rusiyanın nəzarətində olan Melitopol şəhərində baş verən partlayış nəticəsində körpü zərər görüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Konstantinovka kəndində körpü zərər görüb. İlkin ehtimala görə, körpünün dirəklərinə partlayıcı qurğu yerləşdirilib”, – deyə bildirilib.
Məlumata görə, partlayışın arxasında Ukrayna diversantları dayanır.