Ukraynalı diversantlar Xerson vilayətində cəbhə xəttində əsir götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə vilayət administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.
O qeyd edib ki, rayonun Berislav bölgəsində gecə saatlarında bütün qrup ələ keçirilib.
Eyni zamanda, Xersonda şəhərdə qalan bütün kişilərin qoşula biləcəyi ərazi müdafiəsi qruplaşmalarının yaradıldığı elan edilib.