Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı…

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı…

Ukrayna Ali Radasının 18 deputatı Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinə etiraz edib.

AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

“Terrorizmi və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiyanın postsovet ərazilərində təcavüzünün sponsoru olan bu adamın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini qəbuledilməz və absurd hesab edirik. Nobel Komitəsini Vardanyanın əlaltılarının müraciətini rədd etməyə çağırırıq, çünki sübut olunmuş cinayətkarın sülh işinə xidmət etməsi mümkün deyil, o, dərhal Ukraynanın və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Ruben Vardanyanın Rusiyadakı korrupsiya şəbəkəsində rolu və çirkli pulların yuyulması piramidasına rəhbərlik etməsi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) geniş araşdırması ilə bir neçə il öncə üzə çıxmış və dünyanın nüfuzlu dərgilərində bu araşdırma dərc edilmişdi.

Teqlər: