Ukrayna parlamentinin hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryana Bezuqlaya öz xahişi ilə fraksiyadan ayrılıb.
AzerTimes xəbər verir ki, qərarında qəti olduğunu bildirən Bezuqlaya getməsinə səbəb kimi Milli Təhlükəsizlik və Müdafiə Komitəsindəki həmkarlarının prioritetlərini anlamadığını göstərib.
O, həmçinin keçmiş yoldaşlarını təxribat işlərində müxalifətlə gizli əlaqədə ittiham edib.
Qeyd edək ki, 2017-ci ildə qurulan Xalqın Xidmətçisi Partiyasının lideri Ukrayna Prezidenti Vladimir Zelenskidir.