Ukrayna müdafiə naziri Rüstəm Umerov Xarkovda yaranan ağır vəziyyətdən dolayı istefa verməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Teleqram kanalında yazıb.
“Hesab edirəm ki, Xarkov vilayətində baş verən hadisələrdən sonra istefalar olmalıdır. Rüstəm Umerov birinci getməlidir. Ümumiyyətlə, oturub ərizəni özünüz yazmalısınız. Öhdəsindən gəlinmədi. Uğursuz oldu”, – deyə deputat bildirib.